Aİ ÖLKƏLƏRİ PARİSDƏ RUSİYAYA QARŞI YENİ SANKSİYALARI MÜZAKİRƏ EDƏCƏK

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Parisdə keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək.

Bunu Aİ-nin nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, Aİ liderləri Rusiyaya qarşı nəzərdə tutulan əlavə sanksiyaları nəzərdən keçirəcək.

Bundan başqa, sammitdə Ukrayanın Aİ-yə üzvlüyü məsələsi müzakirə mövzusu olacaq.

“Ukrayanın Aİ-yə üzvlüyü Paris sammitində müzakirə olunacaq başlıca məsələlərdən biridir. Ukrayna, Gürcüstan, Moldovanın Aİ-yə üzvlük məsələləri ayrı-ayrılıqda nəzərdən keçiriləcək”, – deyə Aİ nümayəndəsi bildirib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri liderlərinin qeyri-rəsmi Paris sammiti martın 10-11-də keçiriləcək.