Aİ-NİN XİN BAŞÇILARI AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİ MÜZAKİRƏ EDƏCƏK

Bu gün Lüksemburqda Avropa İttifaqına (Aİ) daxil olan dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Toplantıda bir sıra məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh əldə etmə istiqamətindəki danışıqlar prosesi də müzakirə olunacaq.

“Euronews” kanalı xəbər verir ki, bu barədə Aİ-nin beynəlxalq siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borel məlumat verib. O nəzərə çatdırıb ki, toplantıda Qəzza bölgəsinə humanitar yardımın çatdırılması və Yaxın Şərqdəki böhran da müzakirə mövzusu olacaq.

Toplantıda Ukraynadakı müharibə, habelə digər məsələlər də müzakirə ediləcək.