Aİ-NİN AZƏRBAYCANDAKI SƏFİRİ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ SƏFƏR EDİB

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gedib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Bu gün səhər mən Zəngilana yollanıram, Azərbaycanın bütün rayonlarına səfər edəcəyəm. Bu gün Zəngilanda, Ağalıda və Qubadlıda olacağam”, – deyə o qeyd edib.