AĞSTAFA-BAKI QATARININ HƏRƏKƏT QRAFİKİNƏ DƏYİŞİKLİK EDİLİR

Azərbaycan Dəmir Yolları (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.

ADY-dən bildirilib ki, sentyabrın 16-dan etibarən qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək. Qatar Bakı Dəmiryol Vağzalına saat 21:47-də çatacaq (əvvəl 23:27-də).

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə etmək olar.