AĞSAQQALLAR ŞURASI İLHAM ƏLİYEVİN PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİB

25 dekabr tarixində Azərbaycan Koopersiya Universitetində Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaq idarə heyətinin sədri və üzvlərinin, təşkilatın aparat əməkdaşlarının, Şuranın 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətlərinin, həmçinin öıkəmizin tanınmış alimlərinin, ziyalılarının və gənclərin iştirakı ilə keçirilib.

Girişi şuranın sədri, millət vəkili, professor Eldar Quliyev açıb.

O öz çıxışında şuranın carimildəki fəaliyyətindən danışıb.

Sədr vurğulayıb ki, 35 min üzvü olan şura bu gün Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsini zərurət hesab edir.

Ümumi yığıncaqda, həmçinin, Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının jesanatı dinlənilib.

Sonra tədbirdə Şuranın müavinləri və başqaları çıxış edərək bildiriblər ki təşkilatın hər bir üzvü qüdrətli, müasir, güclü Liderin- İlham Əliyevin uğurlu yolunun davam edtdirilməsini dəstəkləyir.

Ümumi yığıncağın sonunda cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinə dair Azərbaycan Ağsaqqalllar Şurasının Bəyantı qəbul olunub və tədbir iştirakçılarının diqqətinə çatdırılıb.