AGENTLİK: MEDİA REYESTRİNDƏN KEÇMƏYƏN MEDİA QURUMU FƏALİYYƏT GÖSTƏRƏ BİLMƏYƏCƏK

Azərbaycanda media reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək.

Bunu bu gün Mətbuat Şurasının toplantısında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları reyestrdən keçməlidir.

“Biz bununla bağlı media subyektlərinə 6 ay müddət müəyyən etmişik. Azərbaycanda media subyekti fəaliyyətini bəyan etməlidir. Fəaliyyətini bəyan etmək üçün də həmin qurum media reyestrindən keçməlidir. 6 ay müddətində hansısa media subyekti media reyestrindən keçmirsə, biz həmin qurumu aşkarlayıb onun barəsində məhkəməyə müraciət edəcəyik”, – icraçı direktor qeyd edib.