AĞDAMIN “QARABAĞ” KOMANDASI UEFA ÇEMPİONLAR LİQASININ İKİNCİ TƏSNİFAT MƏRHƏLƏSİNƏ YÜKSƏLİB

Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.
Ağdam təmsilçisi turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Polşanın “Lex” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda “Qarabağ” komandası 5:1 hesablı qələbə qazanıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges dubl edib, Filip Ozobiç, Kevin Medina və Abbas Hüseynov fərqləniblər. Rəqib komandada yeganə qolun müəllifi Kristoffer Velde olub.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub – 0:1.
Beləliklə, iki oyunun nəticəsinə görə Ağdam klubu növbəti mərhələyə yükləyib.
Qeyd edək ki, “Qarabağ” ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. “Lex” isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.