AĞDAMIN İŞĞALDAN AZAD OLUNAN ƏRAZİSİNDƏ İNSAN SÜMÜKLƏRİ AŞKARLANIB

Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlanıb.

Bu barədə sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.