AĞDAMIN İŞĞALDAN AZAD EDİLMİŞ HİSSƏSİNDƏ AZƏRBAYCAN PREZİDENTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ

Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında
Sərəncam imzalayıb.

Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.