AĞDAMDA AZAD EDİLMİŞ ƏRAZİDƏ BİR ƏDƏD KƏLLƏ SÜMÜYÜ AŞKAR EDİLİB

Ağdamda Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.