AĞDAMDA ƏLİNDƏ SURSAT PARTLAYAN ÇOBAN HƏLAK OLUB

Ağdamda çoban qoyun otararkən əlində hərbi sursat partlayıb.

Ağdamın Çəmənli kənd ərazi nümayəndəsi Rabil Quliyev bildirib ki, partlayış nəticəsində rayon sakini, 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov yaralanıb.

Ağır bədən xəsarətləri alan R.Bəxtiyarov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.