Ağdama ilkin mərhələdə 2025-ci ildə əhalinin köçürülməsinin başlanması gözlənilir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Ağdama Böyük Qayıdış çərçivəsində layihələrin icrasının 2024-cü ilin sonlarına yekunlaşdırılması nəzərdə tutulub.