AĞDAM-XANKƏNDİ AVTOMOBİL YOLUNDA QURULAN POLİS POSTU ELEKTRİK ENERJİSİ İLƏ TƏMİN OLUNUB

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Ağdam-Xankəndi avtomobil yolunda qurulan yeni polis postu “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Bu barədə “Azərişıq” ASC –nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə xüsusi dövlət əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.