AĞDƏRƏDƏ İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATMIŞ DÖYÜŞ SURSATLARI MƏHV EDİLƏCƏK

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayat olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd edilib.