AĞDƏRƏDƏ İSTİFADƏYƏ YARARSIZ DÖYÜŞ SURSATLARI MƏHV EDİLƏCƏK

 

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bidirilir ki, 6-10 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.