AĞCABƏDİDƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN HƏRƏKƏTİ QİSMƏN MƏHDUDLAŞDIRILACAQ

R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü kilometrində (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, iyulun 17-si saat 12:30-dan 14:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, həmin hissədə yol bağlanmayacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.