
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin məşğulluğuna dəstək göstərilməsi işləri davam edir.
Nazirlikdən verilən məlumata görə, “Böyük Qayıdış”ın ilk iştirakçıları olan Ağalı kənd sakinlərindən artıq 100 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.
Onlardan 69 nəfəri Agentliyin dəstəyi ilə işlə təmin olunub və daha bir qrup sakinin də məşğulluğunun təminatı üçün işlər aparılır. Həmçinin kənddə artıq 10 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilərək kiçik təsərrüfatlar yaradılıb.
