AĞALI KƏNDİNDƏ KƏND TƏSƏRRÜFATI TƏYİNATLI TORPAQ SAHƏLƏRİNƏ BAXIŞ KEÇİRİLİB

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün parselləşmə aparılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçiriblər.