AĞ EVİN YENİ MƏTBUAT KATİBİ TƏYİN OLUNUB

Ağ Evin mətbuat katibi Cen Psaki vəzifəsindən ayrılıb. O, digər qurumda işə girib. Onu bu vəzifədə müavni Karin Jan-Pyer əvəz edib.

Bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Jan-Pyer bu vəzifəni tutan ilk qaradərili amerikalı qadın və LGBT icmasının ilk nümayəndəsi olacaq.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl Karin Jan-Pyerin Ağ Evin mətbuat katibi olacağından qürur duyduğunu bildirib.