AĞ EVİN NÜMAYƏNDƏSİ: BLİNKEN FEVRALIN 23-DƏ LAVROVLA GÖRÜŞMƏYƏ HAZIRDIR

ABŞ dövlət katibi Entoni Blinken fevralın 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək barədə dəvəti qəbul edib.
Ağ evin mətbuat katibi Cen Psaki bu haqda cümə günü açıqlama verib.
Psaki bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken gələn həftənin çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək barədə dəvəti qəbul edib. O deyib: “Biz qapını açıq qoymağa hazırlaşırıq”.
Bundan əvvəl Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib ki, Blinken danışıqların gələn həftənin sonunda aparılması barədə Lavrovun təklifini qəbul edib.