AFFA İCRAİYYƏ KOMİTƏSİNİN BU GÜN QƏBUL ETDİYİ QƏRARLAR AÇIQLANIB

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin apardığı müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.

Yığıncaqda 5 qərar verilib:

1. Tural Piriyev Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru təyin olunub.

2. Müvafiq yaş qrupundan ibarət Azərbaycan millisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib. Komandanın baş məşqçisi vəzifəsi Samir Əliyevə həvalə olunub (turnirdə hansı yaş qrupundan ibarət komandanın iştirak edəcəyi barədə əlavə məlumat veriləcək).

3. Beynəlxalq təcrübə nəzərə alınaraq, həmçinin aşağı yaş qruplarından ibarət komandalarda uşaqların futboldan daha çox zövq ala bilməsinə şərait yaradılması, böyükhesablı məğlubiyyətlər zamanı uduzan komandanın üzvlərinin həvəsdən düşməməsi məqsədilə 2022/2023-cü il mövsümündən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9 liqasının oyunlarında hesab və nəticə qeydiyyatı aparılmayacaq, U-10, U-11 və U-12 liqalarında isə hesablar deyil, qalib və məğlub formatında qeydiyyat aparılacaq.4. Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlayacaq.5. Bakı Kəndlər Futbol Federasiyasının AFFA üzvlüyünə qəbul edilməsi ilə bağlı müraciəti qəbul olunmayıb.