ADYUNKTURAYA QƏBUL ÜZRƏ İLK İMTAHANDAN MÜVƏFFƏQİYYƏTLƏ KEÇƏN ÇAĞIRIŞÇILARA 3 AY MÜDDƏTİNƏ MÖHLƏT VERİLƏCƏK

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək.

Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.