ADY VƏ AZAL-IN MÜŞAHİDƏ ŞURASINA RƏŞAD NƏBİYEV RƏHBƏRLİK EDƏCƏK

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” (ADY), AZAL “BakuBus” və “Bakı Metropoliteni”nin Müşahidə Şurası yaradılıb.

“Azərbaycan Dəmir Yolları” və AZAL-ın Müşahidə Şurasına Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev rəhbərlik edəcək.

“BakuBus” və “Bakı Metropoliteni”nin Müşahidə Şurasına isə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəhbərlik edəcək.