ADY BAYRAM GÜNLƏRİNDƏ GÜCLƏNDİRİLMİŞ REJİMDƏ ÇALIŞACAQ

Yeni il tətili günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.