ADNSU-NUN TƏLƏBƏSİ KARATE ÜZRƏ DÜNYA ÇEMPİONU OLUB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbəsi Nicat Kərimli karate üzrə dünya çempionu olub.

Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, N.Kərimli Bolqarıstanın Albena şəhərində Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü dünya çempionatında 75 kiloqram çəki dərəcəsində hər iki kateqoriyada mübarizə apararaq dünya çempionu olub.