ABŞERON YARIMADASININ BƏZİ YERLƏRİNDƏ YAĞIŞ YAĞACAQ

Azərbaycanda iyulun 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 26-31° isti olacağı ehtimal edilir.

İyulun 30-da mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı proqnozlaşdırılır.

Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə edilir.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir.