ABŞ VƏ AVROPA İTTİFAQI NÜMAYƏNDƏLƏRİ KOSMOSDA ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİBLƏR

ABŞ və Avropa İttifaqının nümayəndələri Vaşinqtonda kosmos üzrə dialoqun (Space Dialogue) növbəti görüşünü keçiriblər.

Bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, kosmosda fəaliyyətin təhlükəsizliyinin təmin edilməsini də müzakirə ediblər.

“Tərəflər Yer səthinin müşahidəsi, təbii fəlakətlərə reaksiya, qlobal peyk naviqasiya sistemləri, kosmik uçuşların təhlükəsizliyi, kosmosda vəziyyətin müşahidəsi, həmçinin kosmosda təhlükəsizliyin və uzunmüddətli davamlı fəaliyyətin təmin edilməsi məqsədi ilə transatlantik əməkdaşlıq imkanları sahəsində əməkdaşlığı müzakirə ediblər”, – deyə bəyanatda qeyd edilib.