ABŞ ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATINDAN ÇIXIR

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxır.

ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladığı ilk gündə ölkəsinin təşkilatı tərk etməsinə dair fərman imzalayıb.

Tramp ÜST-nin COVID-19 pandemiyası ilə mübarizəsinin düzgün aparılmamasına etiraz olaraq bu addımı atıb.

Daha əvvəl Tramp ilk prezidentliyi dövründə, pandemiyanın hökm sürdüyü 2020-ci ildə o, ÜST-dən çıxmaq prosesinə başlamışdı.