ABŞ SAHİLLƏRİNDƏ 5,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

ABŞ-ın Kaliforniya ştatı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Fortuna şəhərindən 97 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 12 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.