
ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin tvitter hesabında qeyd edilib.
“Regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb”, – deyə bildirilib.
Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.