ABŞ RUSİYADAN NEFT VƏ QAZ İDXALINI QADAĞAN EDİB

Birləşmiş Ştatlar Ukrayna ətrafında yaranan vəziyyətlə əlaqədar Rusiyadan neft və qaz idxalına qadağa qoyub.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden bir qədər əvvəl yayımlanan videomüraciətində deyib.
“Bu qərarı Konqresin hər iki palatası və düşünürəm ki, bütün ölkə dəstəkləyir”, – deyə Amerika prezidenti bildirib. Bununla yanaşı Cozef Bayden etiraf edib ki, Rusiyaya qarşı bu cür sanksiyalar ölkədəki yanacaqdoldurma məntəqələrində qiymət artımına səbəb olacaq.
Prezidentin sözlərinə görə, Vaşinqtonda anlayırlar ki, ABŞ-ın heç də bütün müttəfiqləri hazırda Rusiyaya qarşı analoji tədbirlər görə bilmirlər.