ABŞ PREZİDENTİ UKRAYNAYA TƏCİLİ HƏRBİ YARDIMIN GÖSTƏRİLMƏSİ BARƏDƏ MEMORANDUM İMZALAYIB

ABŞ prezidenti Co Bayden Ukraynaya təcili hərbi yardımın göstərilməsi barədə memorandum imzalayıb.

Müvafiq sənəd Ağ Evin saytında dərc olunub.

Memorandum dövlət katibi Entoni Blinkenə Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı səlahiyyətlər verir.

Qeyd olunur ki, dərc olunan sənəd Müdafiə Nazirliyinin xidmətləri, eləcə də hərbi təlim və hazırlıq xərcləri üçün əlavə 350 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev administrasiyası Ukrayna və digər ölkələrə, eləcə də Pentaqonun ehtiyacları ilə bağlı Konqresə əlavə 6,4 milyard dollar vəsaitin ayrılması üçün müraciət etmişdi.