ABŞ PREZİDENTİ AZƏRBAYCANA YENİ SƏFİR VƏZİFƏSİNƏ MARK LİBBİNİN NAMİZƏDLİYİNİ İRƏLİ SÜRÜB

ABŞ prezidenti Co Bayden ölkənin Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, Mark Libbinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi irəli sürülüb.

Mark Libbi hazırda Vaşinqtonda Milli Hərbi Kollecində işləyir.

O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.