ABŞ-IN TEXAS ŞTATINA GÜCLÜ FIRTINA YAXINLAŞIR

“Nikolas” tropik fırtınası Meksika körfəzi tərəfindən ABŞ-ın Texas ştatına yaxınlaşdıqca güclənməyə davam edir.

Bu barədə “Associated Press” agentliyi bildirib.

Texas ştatının bir neçə rayonu üçün fırtına yaxınlaşması barədə xəbərdarlıq edilib. Həmçinin “Nikolas” Meksika və Luiziana ştatına təsir göstərə bilər.

Fırtınanın leysan yağışlara və daşqınlara səbəb ola biləcəyi bildirilib.