ABŞ İLƏ İRAN ARASINDA ATƏŞKƏS AZƏRBAYCANIN NEFT QİYMƏTLƏRİNƏ TƏSİR ETDİ

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1 ABŞ dolları və ya 0,7% ucuzlaşaraq 140,68 ABŞ dollarına enib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,57 dollar və ya 0,42% ucuzlaşaraq 134,58 ABŞ dolları təşkil edib.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,78 dollar və ya 0,71% azalaraq 109,26 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,05 dollar və ya 2,16% artaraq 144,42 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Qeyd edək ki, ABŞ İranın mülki infrastrukturuna mümkün zərbələri iki həftə təxirə salıb.

Bu barədə D. Tramp “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, ABŞ və İran arasında əvvəlki bütün fikir ayrılıqları həll edilib, lakin iki həftəlik müddət razılaşmanın yekunlaşdırılmasına və rəsmiləşdirilməsinə imkan verəcək.