ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib.

, V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.

Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.

Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib.