ABŞ DÖVLƏT KATİBİ ERMƏNİSTANI AZƏRBAYCANLA DANIŞIQLARI DAVAM ETDİRMƏYƏ ÇAĞIRIB

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş nazirini Azərbaycanla danışıqları davam etdirməyə çağırıb.

Bu barədə E.Blinken bu gün öz “Twitter” səhifəsində yazıb.

“Mən baş nazir Paşinyanı xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilmiş danışıqlarından sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını davam etdirməyə çağırdım. ABŞ əvvəlki kimi bu səylərə sadiqdir”, – o bildirib.