
ABŞ-ın Riçmond şəhərində (İndiana ştatı) plastik emalı və saxlama zavodunda yanğın olub.
Bu barədə “Fox 59” telekanalı məlumat yayıb.
Məlumata əsasən, Ueyn dairəsinin Fövqəladə Hallar Agentliyi yanğının baş verdiyi əraziyə yaxın olan evlərdə yaşayan təxminən 2 min sakinin təxliyyəsi barədə göstəriş verib.
Yanğınsöndürənlər zavodun ərazisində yerləşən propan çənlərinin partlama riskinin olduğunu qeyd edirlər.
Ölən və yaralananlar barədə məlumat yoxdur.