ABŞ-DA İLK SEÇKİ MƏNTƏQƏSİNDƏ SƏSVERMƏNİN NƏTİCƏSİ MƏLUM OLUB

Ənənəvi olaraq ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub.

Kanada ilə sərhəddə yerləşən Nyu Hempşir ştatının Diksvil Notç kəndində yaşayan 6 nəfərdən 3-ü Kamala Harrisə, 3-ü Donald Trampa səs verib. 2020-ci il seçkilərində qeydiyyatda olan 5 seçicinin hamısı Co Baydenə səs vermişdi. Məlumata əsasən, kənddə yaşayan 6 sakindən 4-ü Respublikaçılar Partiyasının üzvü, digər 2 nəfər müstəqil seçicidir.