ABŞ-DA GÜCLÜ TORNADO NƏTİCƏSİNDƏ 3 NƏFƏR HƏLAK OLUB, 100-Ə YAXIN YARALI VAR

ABŞ-ın Texas ştatının Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadla ABC telekanalı məlumat yayıb.

Bildirilib ki, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağıdılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var. Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.