Vaşinqtonda sərnişin təyyarəsinin “Blackhawk” hərbi helikopteri ilə toqquşması nəticəsində göyərtədə olan bütün sərnişin və ekipaj üzvlərinin həlak olduğu güman edilir.
“CBS News” xəbər verir ki, hadisə yerindən azı 18 nəfərin meyiti tapılıb.
Qəza yerinə səfərbər olunan xilasedicilər hələ ki, sağ qalanları tapa bilməyiblər.
Hökumət rəsmiləri itkilər barədə açıqlama vermir.
Bu arada təlim uçuşu həyata keçirən zaman sərnişin təyyarəsi ilə toqquşan “Blackhawk” hərbi hellikopeterinin Virciniyanın Belvor hərbi bazasının 12-ci aviasiya batalyonuna məxsus olduğu təsdiqlənib.
XXX
07:17
Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Blackhawk” hərbi helikopteri havada toqquşub.
Bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.