ABŞ AZƏRBAYCANIN İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ SƏYLƏRİNİ DƏSTƏKLƏMƏYƏ DAVAM EDƏCƏK

ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin açıqlamasında deyilir.

“Birləşmiş Ştatlar və Azərbaycan insan alveri ilə məşğul olanları mühakimə etmək, qurbanları mühafizə etmək və insan alveri hallarının qarşısını almaq kimi sahələrdə fəaliyyət göstərərək insan alverinə qarşı mübarizə aparır. Bu gün ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin insan alveri qurbanlarının təhlükəsizliyini təmin etmək məqsədilə təşkil etdiyi sığınacağını ziyarət etdi. Dövlət Departamenti və “USAID/Azerbaijan” Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcək”, – deyə açıqlamada bildirilir.