Qoşulmama Hərəkatına üzv dövlətlər arasında ticarət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməli, bazar imkanlarını araşdırmalı və potensialdan düzgün istifadə etməliyik.
Bunu İran İslam Məşvərət Assambleyasının vitse-spikeri Abdolreza Mesri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.
O qeyd edib ki, biz elə imkanlar yaratmalıyıq ki, digər dövlətlər bura müdaxilə edə bilməsinlər: “Biz ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməliyik”, – deyə o bildirib.