AAYDA: QUBADA YOLA DÜŞƏN QAYA PARÇALARININ KƏNARLAŞDIRILMASI İŞLƏRİ APARILIR

Qubada qaya parçaları qoparaq avtomobil yoluna düşüb.

Hadisə Quba-Qonaqkənd yolunun 31-ci km-də baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

“Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq”, – deyə qurumdan bildirilib.