AZƏRBAYCAN IV “İSTANBUL FİNTECH WEEK” SAMMİTİNDƏ TƏMSİL OLUNACAQ

Fevralın 8-9-da Türkiyənin ilk və ən böyük qlobal maliyyə texnologiyaları tədbiri olan IV “İstanbul Fintech Week” sammiti keçiriləcək. Azərbaycan, Rumıniya və Litva nümayəndə heyətinin də qatılacağı sammitdə 50-dən çox sessiya təşkil olunacaq.

“İstanbul Fintech Week” sammitinin saytı xəbər verir ki, Masterkard-ın Azərbaycan üzrə nümayəndələrinin də iştirak edəcəyi sammitdə maliyyə sektorunda kritik sahələrin gələcəyi müzakirə olunacaq. “Fintech” sahəsində startaplar investorlarla görüşmək imkanı əldə edəcəklər.