8 NOYABR PROSPEKTİNİN BİR HİSSƏSİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ TAM MƏHDUDLAŞDIRILACAQ

Sentyabrın 6-sı saat 06:00-dan etibarən Bakı şəhərinin 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.