76 MİN NƏFƏRƏ “MÜHARİBƏ VETERANI” ADI VERİLİB, DAHA 12 MİN MÜRACİƏT ARAŞDIRILIR

Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə veteranı” adı verilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir:

“Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün müvafiq komissiyaya təqdim ediləcək”, – məlumatda deyilir.