600 MİN ŞƏXSƏ 190 MANAT ÖDƏNİLƏCƏK

Bu il işsiz və pandemiya səbəbindən gəlirlərini itirmiş 600 min şəxsə 352 milyon manat məblğində birdəfəlik yardım- 190 manat ödənilib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 600 min şəxsə bu vəsait yenidən ödəniləcək. Onun sözlərinə görə, ümumilikdə bu il həmin şəxslərə ödəniləcək vəsaitin məbləği 460 milyon manatdan artıq olacaq.