“28 MAY” STANSİYASININ VƏ DƏMİRYOL VAĞZALININ QARŞISINDAKI MEYDANDA ƏSASLI TƏMİR-YENİDƏNQURMA İŞLƏRİNƏ BAŞLANILIB

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 hektar olan ərazidə – metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı, ətraf ərazi də abadlaşdırılacaq.