Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç – 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.
Bu ailələr bundan sonra öz doğma şəhərlərində – Füzulidə yaşamağa başlayacaq.
Evlərin açarları sakinlərə təqdim olunub.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.